Son iki ayda (iyun, iyul aylarında) DSX-nin 3 hərbçi qulluqçusu intihar edib.
AzerTimes son iki ayda intihar edən hərbi qulluqçuların siyahısını təqdim edir:
1. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, kiçik gizir Rahil Rahib oğlu Əhmədov – 10 iyun tarixində odlu silahdan atəş açmaqla özünü öldürüb;
2. DSX-nin Qazax əlahiddə sərhəd diviziyasının hərbi qulluqçusu baş çavuş Pərviz Azər oğlu Hacıyev – 17 iyun tarixində odlu silahdan atəş açaraq intihar edib;
3. DSX-nin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Kənan Seymur oğlu Bəkiyev – 10 iyul tarixində odlu silahdan atəş açaraq intihar edib.