Son 2 ayda azad olunan ərazilərdə 10 yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)

Xəbər - Samir Əli – Trend:

Son 2 ayda azad olunan ərazilərdə 10 yeni hərbi hissə fəaliyyətə başlayıb

AzerTimes-ın məlumatına görə, may ayının 8-də Dövlət Sərhəd Xidməti Akademiyasının 10-cu buraxılışı münasibətilə təntənəli mərasim keçirilib.. Dövlət Himninin ifasından və Döyüş Bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul ediblər.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri münasibətilə məzunları təbrik etmiş, gənc leytenantların Dövlət Sərhəd Xidmətinin zabitləri sırasına daxil olduqları dövrün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şərəfli dövrünə təsa¬düf etdiyini xüsusi vurğulayıb.

Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbə qazanması, Vətən müharibəsinin Tarixi Zəfərlə bitməsi qeyd olunub.
Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və qalibiyyət dastanı yazdıqları vurğulanaraq, müqəddəs savaşda həlak olmuş bütün qəhrəmanların və onların sırasında Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuş 4 sərhədçi-zabitin əziz xatirələri yad edilib.

Uzun illər ərzində döyüş və peşəkar hazırlıq, maddi-texniki təchizat, hərbi-vətən-pərvərlik sahələrində tətbiq edilmiş sistemli və müasir yanaşmalar sayəsində əldə olun-muş nəticələrin Azərbaycan sərhədçilərinin Böyük Zəfərin qazanılmasında uğurlu iştirakına zəmin yaratdığı vurğulanıb.

Döyüş əməliyyatlarının ilk günündən Azərbaycan sərhədçilərinin 24 saat ərzində 105 kilometr məsafədə ildırım sürətli hücumunun hərb salnamasinə yazılması, düşmənin yüzlərlə canlı qüvvəsi və döyüş texnikasının məhv edilməsi, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağı¬mızın sancılması, Ermənistanla dövlət sərhədində “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərinin qəhrəmancasına azad edilməsi xüsusi qeyd olunub.

Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçilərin xidmətlərini Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi qiymətləndirməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı vurğulanıb.
“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş sərhədçilərdən 4 zabitin DSX Akademiyasının məzunu olmaları, bu cür qəhrəmanların yetişdirilməsi və tərbiyələndirilməsində DSX Akademiyasının pedaqoji və komandir heyətinin xüsusi rolu qeyd edilib.

Çıxışda dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə görülən kompleks tədbirlər, o cümlədən son 2 ay ərzində bu istiqamətlərdə 10 yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması, may ayının sonunadək daha 6 yeni hərbi hissənin təmir-tikintisinin yekunlaşacağı barədə məlumat verilib, işğaldan azad olunmuş dövlət sərhədlərimizin mühafizə altına götürülməsinə gənc sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, dövlət sərhəd¬ləri¬nin keşiyində ayıq-sa¬yıq dayanacaqlarına əminlik ifadə edilib.

Teqlər: