Azərbaycan Respublikasında insan alveri ilə mübarizənin hüquqi
müstəvidə aparıldığı son 17 ildə dünya standartlarına uyğun
institusional islahatlar, zəruri təşkilati və praktiki tədbirlər
hayata keçirilib, möhkəm qanunvericilik bazası yaradılıb, o
cümlədən ölkəmiz insan alverinə qarşı mübarizədə əksər beynəlxalq
sənədlərə qoşulub.
AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə qarşı
mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik
məlumatında qeyd olunub.
Bu müddətdə 1916 müvafiq cinayət aşkarlanaraq 607 şaxs
məsuliyyətə cəlb olunub, həmin əməllərin 1165 qurbanı müəyyən
edilib.
Hesabatda qeyd olunub ki, insan alveri ilə mübarizədə görülməli
işlər daha çoxdur. Belə ki, cinayətlərin başqa növləri kimi insan
alveri əməllərinin törədilmə forma və metodları daim dəyişdiyindən
onların aşkarlanmasının özüneməxsus çətinlikləri da ortaya
çıxır.