Somalinin xarici işlər naziri Abdisaid Muse Əli ölkənin Qalkayo
şəhərində ona qarşı sui-qəsd törədildiyini bildirib.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin “Shabelle Media
Network” xəbər portalı bildirib.
Nazir bildirib ki, ona qarşı sui-qəsd Puntland ştatının rəisi
Səidu Denisə tabe olan əsgərlər tərəfindən törədilib. Abdisaid Muse
Ali bildirib ki, onun mühafizəçilərindən bir əsgər həlak olub,
nazirin olduğu evin sahibi də yaralanıb.