Somali paytaxtı Moqadişoda yerləşən Türkiyə hərbi təlim bazası qarşısında özünü partlatmaq istəyən bir şəxs tez müəyyən edilərək zərərsizləşdirilib.
Türkiyənin Moqadişo səfiri Mehmet Yılmaz AA müxbirinə verdiyi açıqlamada TURKSOM hərbi təlim bazasında tələbə seçimləri mərasimində kütləyə qarışan bir kamikadzenin vaxtında müəyyən edilərək, vurulduğunu deyib.
“Əldə edilən ilkin məlumata görə, terrorçu qələbəliyin arasından çıxaraq içəri daxil olmağa çalışdı və Somali hərbçilərinin “Dayan!” əmrinə əməl etməyincə vuruldu. Bu əsnada partlayış baş verdi. Bir mülki şəxsin öldüyünə dair məlumatımız var” – səfir deyib.
Hücumun məsuliyyətini heç kəs öz üzərinə götürməyib.
Qeyd edək ki, Somalidə “Əş-Şəbab” terror təşkilatı tez-tez təhlükəsizlik qüvvələri və yaşayış məntəqələrini hədəfə götürən terror aktları təşkil edirlər.