Somalinin paytaxtı Moqadişoda “Əş-Şəbab” terrorçularının Təhsil Nazirliyinin binasına hücumu nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə şəhər meri Yasin Madale deyib.
O, hücumda 269 nəfərin də yaralandığını bildirib.
Qeyd edək ki, hücum ötən gün kamikadzenin nazirliyin qarşısında iki avtomobili partlatması ilə başlayıb. Bunun ardınca bir qrup silahlı binaya daxil olub.