Somalidə hərbi konvoyun keçidi zamanı baş vermiş partlayış
nəticəsində 10 hərbçi həlak olub.
Trend-in
məlumatına görə, partlayış paytaxt Moqadişodan 40 kilometr məsafədə
yerləşən Balad şəhərində törədilib.
Hadisə ilə əlaqədar məsuliyyəti “Əş-Şabab” terror təşkilatı öz
üzərinə götürüb.
Qeyd olunur ki, ölkədə planlaşdırılan prezident seçkiləri
ərəfəsində rəsmi şəxslərə qarşı hücmların sayı artıb.