Prezidentliyə namizədlər şurasında birləşən Somali müxalifətinin nümayəndələri ölkədə parlament və prezident seçkilərinin keçirilməsi ilə bağlı danışıqların başlamasını dəstəkləyiblər.
AzerTimes-ın məlumatına görə, bu barədə Somalinin Goobjoog News xəbər portalı bildirib.
Məlumata əsasən, seçkilər dolayı və çox mərhələli səsverməni nəzərdə tutan formulaya əsasən keçiriləcək.
Seçkilərin hazırlanması üçün əsas səlahiyyətlərin, o cümlədən seçki komissiyasının formalaşmasına nəzarət və təhlükəsizlik şərtlərinin təmin edilməsini Baş nazir Məhəmməd Hüseyni Robleyə verilməsini dəstəklədilər.