Somalidə güclü partlayış baş verib

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Somalinin “Goobjoog News” xəbər portalı xəbər verib.

Məlumata əsasən, partlayışda məşhur Somalili jurnalist Abdiaziz Afkira həlak olub, o,”Radio Muqdisho” dövlət radiostansiyasına rəhbərlik edib.


Partlayış şəhərin mərkəzi hissəsində, prezident sarayının bilavasitə yaxınlığında baş verib.

Öz növbəsində “Garowe” portalı dövlət telekanalının rəhbəri də daxil olmaqla bir neçə nəfərin yaralandığını bildirib