Somalidə “Əş-Şəbab” radikal qruplaşmasının yaraqlıları təcili eniş edən BMT helikopterinin ekipajını əsir götürüb.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşington Post” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, helikopter mərkəzi Qalqudud bölgəsindəki Visil şəhərinə gedərkən təcili eniş etmək məcburiyyətində qalıb. Bu zaman terrorçular helikopteri yandırıb və naməlum sayda ekipaj üzvünü əsir götürüb. BMT məlumatı hələlik şərh etməyib.