Afrika İttifaqının Somalidəki sülhməramlı missiyasının helikopteri ölkə paytaxtı Moqadişo şəhərindən 90 kilometr şimal şərqdə qəzaya uğrayıb.
AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Afrika İttifaqının rəhbərliyi özünün rəsmi portalında açıqlama verib.
Açıqlamada deyilir: “Helikopter fevralın 5-i Balidoqle bazasından havaya qalxdıqdan həmən sonra qəzaya uğrayıb. Helikopter qoşunlara dəstək vəzifəsini yerinə yetirirdi. Helikopterdə olan 4 nəfər xilas edilib, onların vəziyyəti stabildir”.
Qeyd edilir ki, hadisənin səbəbi araşdırılır: “İlkin məlumata əsasən, söhbət mexaniki nasazlıqdan gedə bilər”.