
İsrailin Somaliləndin müstəqilliyini tanıması qərarı Afrika Buynuzu regionunda sabitliyi təhlükə altına qoyur.
AzerTimes xəbər verir ki, bunu Somali Prezidenti Həsən Şeyx Mahmud deyib.
Prezidentin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahunun Somalinin şimal regionunun bir hissəsini tanıması beynəlxalq hüquqa ziddir və bu addım bütün dünyada separatçı hərəkatları təşviq edir.
O qeyd edib ki, bu qərar Afrika Buynuzunun təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid yaradır.

