Somali Prezidenti Həsən Şeyx Mahmud, oğlu Məhəmməd Həsən Mahmudun İstanbulda kuryer Yunus Geçerin ölümünə səbəb olması ilə əlaqədar mərhumun ailəsinə zəng vurub.
AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, hadisədən sonra Somalinin müdafiə naziri Əbdülqədir Məhəmməd Nur Türkiyəyə gəlib.
Geçer ailəsinin vəkili İyaz Çimenin ofisində baş tutan telefon zəngi zamanı Somali prezidenti Yunusun ailəsinə başsağlığı verib. O bildirib ki, Türkiyənin ədalət sisteminə güvənir.