Somali prezidenti Məhəmməd Abdullahi Məhəmməd parlamentin Xalq (aşağı) palatası millət vəkillərini ölkədəki siyasi və konstitusiya böhranının aradan qaldırılmasına kömək etməyə çağırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkə başçısı deputatlar qarşısında çıxış edərkən bildirib.
Somali prezidenti bildirib: “Parlament bütün ölkənin gələcəyini təyin etmək hüququna malikdir və öz missiyasını yerinə yetirməlidir”.
Eyni zamanda, dövlət başçısı Somalidə hakimiyyət boşluğu olmayacağını vurğuladı.