Ukraynadakı müharibə diqqəti dünyadakı aclıq problemindən yayındırır. Somaliyə təcili ərzaq yardımı lazımdır.
AzerTimes xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.
“Onsuz da çox təhlükəli şəraitdə yaşayan bu bölgənin insanları indi quraqlıqdan ölüm təhlükəsi ilə üz-üzədir. Təəssüf ki, müharibə (Ukraynada – red.) diqqəti yayındırdı, lakin bunlar maksimum fədakarlıq tələb edən məqsədlərdir – aclıqla mübarizə, səhiyyə, təhsil”,- o bildirib.