Şoltsun reytinqi son 2 ildə ən aşağı həddə düşdü

Şoltsun reytinqi son 2 ildə ən aşağı həddə düşdü

Almaniyada hakim koalisiyaya daxil olan kansler Olaf Şoltsun Sosial Demokrat Partiyasının (SDP) reytinqi 2021-ci ilin federal seçkilərindən bəri ən aşağı səviyyəyə düşüb.

AzerTimes xəbər verir ki, bunu “Forsa” sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri göstərir.

Ötən həftə analoji sorğu ilə müqayisədə SDP 1 faiz itirərək, reytinqi 16 faizə düşüb. Beləliklə, Şoltsun partiyası Almaniyada siyasi partiyaların reytinqində üçüncü yerdədir. Birinci yeri 27 faizlə Xristian Demokrat və Xristian Sosial Birliklərinin müxalifət bloku tutur. “Almaniya üçün alternativ” Partiyası hələ də ikinci sıradadır – 21 faiz.

Almaniyanın koalisiya hökumətinə daxil olan “yaşıllar”ı respondentlərin 14 faizi dəstəkləyir. Azad Demokrat Partiyası isə 7 faiz səs toplayıb. Respondentlərin yalnız 4 faizi solçuları dəstəkləməyə hazırdır.

Sorğu avqustun 29-dan sentyabrın 4-dək aparılıb və 2506 nəfər iştirak edib.

Teqlər: