Şoltsun partiyasından çağırış: Kiyevə bu raketi verin

Şoltsun partiyasından çağırış: Kiyevə bu raketi verin

Əks-hücum dalana dirənib, Ukraynanın onu dəstəkləyəcək ciddi hava qüvvələri yoxdur. Ukrayna ordusunun rusların yaratdığı mina sahələrini dəf edə və ərazini geri ala bilməsi üçün “Taurus” qanadlı raketləri kimi idarə olunan silahlar lazımdır.

AzerTimes xəbər verir ki, bunu Bundestaqın Sosial-Demokrat Partiyasından olan deputatı Andreas Şvarts deyib.

“Alman rəsmiləri “Taurus” tədarük etməkdən imtina edərək, qiymətli vaxt itirirlər. Mən dejavü görürəm. Tankların tədarükü ilə bağlı olduğu kimi, biz indi mühüm avadanlıqları ötürməkdən imtina edirik”.

Teqlər: