Almaniya kansleri Olaf Şoltsun ən böyük səhvi onun 2022-ci ildə Münhen Təhlükəsizlik Konfransı zamanı Donbas sakinlərinin soyqırımını ələ salmasıdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova vurğulayıb ki, istənilən insan öz baxışında, həyata münasibətində azaddır və hər kəs şübhə edə bilər:
“Ancaq siz ildən-ilə yaxınlarını itirən insanların kədərinə gülə bilməzsiniz, Qərbdən qidalanan bu ən çətin vəziyyəti həll etmək üçün yalvaran insanlara gülə bilməzsiniz”.
Zaxarova əlavə edib ki, Şolts təkcə öz ölkəsində deyil, bütün dünyada insanların kədərinə gülən şəxs kimi tarixə düşəcək.
Qeyd edək ki, 2022-ci ilin fevralında Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransında Rusiyanın mövqeyini şərh edərkən “Donbasda soyqırımın baş verməsi ilə bağlı sözlər, əlbəttə ki, gülüncdür”, – demişdi.