Almaniya kansleri Olaf Şolts Türkiyədə baş vermiş zəlzələ ilə bağlı paylaşım edib.
AzerTimes xəbər verir ki, kansler bu barədə Tvitterdə yazıb.
“Türklərin bir atalar məsəli var: “Əsl dost pis gündə tanınar”. Bunun almanca bənzəri isə belədir: “Əsl dost özünü çətin günlərdə bəlli edər”. Biz əsl dostuq. Dostlarınız olaraq ağrı-acılarınızı paylaşırıq. Dostlarınız olaraq çətin gününüzdə sizi tək qoymayacağıq”, – O.Şolts yazıb.