Almaniya kansleri Olaf Şolts “Taurus” qanadlı raketlərinin Ukraynaya çatdırılması ilə bağlı hələlik qərar verməyib.
AzerTimes xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.
“Keçmişdə olduğu kimi, biz həmişə hər bir həlli çox diqqətlə nəzərdən keçirəcəyik: nə işləyir, nə məna verir, bizim töhfəmiz nə ola bilər. Bu, “Taurus”un tədarükünə də aiddir”, – Şolts bildirib.