Şoltsdan Putinə sərt reaksiya: Bunu unut!

Şoltsdan Putinə sərt reaksiya: Bunu unut!

Almaniya Rusiya Prezidenti Vladimir Putini Ukraynaya qarşı nüvə silahından istifadəyə icazə verməməyə çağırır. Bu məsələdə ABŞ-ın mövqeyini dəstəkləyirik.

AzerTimes xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts söləyib.

“Putin səhv ardınca səhv edir. O, Ukraynadan qoşunlarını dərhal çıxararaq, Kiyevlə danışıqlara başlaya, bu müharibəni bitirə bilər. Putinin səfərbərlik çağırışı çarəsizlik aktı və Ukraynanın şərqindəki Rusiya Silahlı Qüvvələrinin uğursuzluqlarına panik reaksiyasıdır. Nüvə silahından istifadəyə gəlincə, heç kim dəqiq bilə bilməz. Kim bilir? Amma ABŞ Prezidenti Co Bayden kimi mən də Rusiyaya çox aydın şəkildə demək istəyirəm: Bunu unut!” – Şolts bildirib.

Kansler Almaniyanın Ukraynaya, xüsusən də silah məsələsində dəstəyini davam etdirəcəyinə də diqqət çəkib.

Teqlər: