Şoltsdan Orbana: Qəhvə götür və zaldan kənarda iç!

Şoltsdan Orbana: Qəhvə götür və zaldan kənarda iç!

Almaniya kansleri Olaf Şolts Macarıstanın Baş naziri Viktor Orbana Ukraynanın AB-yə üzvlüyü ilə bağlı danışıqlara başlamaq üçün səsvermə zamanı otaqdan çıxmağı və qəhvə içməyi təklif edib.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbəyə istinadən məlumat yayıb.

“Almaniya kansleri təklif edib ki, əgər Orban danışıqların başlamasına razı olmasa, bir müddətlik müzakirə məkanını tərk etsin. Şoltsun fikrincə, bu, 26 Avropa ölkəsinin liderlərinə Ukrayna ilə danışıqlara başlamaq lehinə qərar verməyə imkan verəcək. Macarıstan lideri isə rahat şəkildə deyə bilər ki, o, bu proseslə bağlı “lehinə” səs verməyib. Ukraynanın AB-yə daxil olması ilə bağlı müzakirələrin dalana dirənməsindən sonra kansler Orbana təklif edib: “Bəlkə sən qəhvə götürüb, otaqdan kənarda içəsən”, – mənbə bildirib.

Nəşr qeyd edir ki, Şoltsun strategiyası Brüsseli təəccübləndirib, çünki kanslerin təyin olunduğu gündən Avropa səhnəsindəki hərəkətləri indiyədək məyusedici olub:

“Almaniya kanslerinin bu fikri çox qeyri-adidir”.

Teqlər: