Almaniya kansleri Olaf Şolts avstriyalı həmkarı Karl Nehammer ilə mart ayında Avropa diplomatiyasının rəhbəri Jozep Borrelli İsrail əleyhinə bəyanatlarına görə kəskin tənqid edib.
AzerTimes xəbər verir ki, bu barədə “Politiko” adı açıqlanmayan rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, hər iki lider Borrellə “Siz Qəzza zolağındakı vəziyyətlə bağlı Almaniya və Avstriya adından danışmayın” mesajını çatdırıb:
“Mart ayında AB toplantısı zamanı Şolts və Nehammer Qəzzada ölənlərin sayına görə Təl-Əvivi açıq şəkildə tənqid edən Borrell ilə üz-üzə gəlib. Hər iki kanslerin məzəmməti olduqca qeyri-adidir. Çünki Avropa diplomatiyasının rəhbərinin rolu xarici və təhlükəsizlik siyasəti məsələlərində məhz AB-ni təmsil etməkdir. Şolts və Nehammerin ifadələri sərt olub və hadisə digər Avropa liderlərinin iştirakı ilə baş verib”.