Şolts Zelenskini əmin etdi: Dəstək davam edəcək!

Şolts Zelenskini əmin etdi: Dəstək davam edəcək!

Almaniya kansleri Olaf Şolts telefon danışığında Ukrayna Prezidenti Vladimir Zelenskiyə Almaniyanın Rusiya təcavüzünə qarşı mübarizədə sarsılmaz dəstəyini vəd edib.

AzerTimes xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt deyib.

“Almaniya avropalı və beynəlxalq tərəfdaşları ilə sıx koordinasiya şəraitində Ukraynaya hərbi sahədə dəstəyini davam etdirəcək. Federal kansler Zelenskiyə Ukraynanın gələcəyinin Avropa Birliyində olduğunu vurğulayıb”, – deyə o bildirib.

Teqlər: