Gərginliyin bütün Yaxın Şərq regionuna yayılmasının qarşısı alınmalıdır.
AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bu gün İordaniya kralı Malik Abdullah ilə görüşündən sonra deyib.
“İranla Hizbullah İsrail-HƏMAS müharibəsinə qarışmamalıdırlar!” – Şolts bildirib.
HƏMAS silahlılarının mülki fələstinlilərdən canlı sipər kimi istifadə etdiklərini deyən Şolts HƏMAS-ın fələstinliləri təmsil etmədiyini qeyd edib.