Almaniya kansleri Olaf Şolts və ABŞ lideri Co Bayden arasında
telefon danışığı baştutub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə
məlumatı Almaniya hökumətinin mətbuat xidməti yayıb.
Qeyd olunur ki, söhbət zamanı iki ölkə lideri Rusiyanın Ukrayna
ətrafındakı vəziyyətlə bağlı diplomatik səylərini davam etdirməyə
hazır olması barədə bəyanatlarını alqışlayıb.
Tərəflər Avropanın təhlükəsizlik məsələləri üzrə konstruktiv
dialoqa başlamağın, Minsk razılaşmalarını həyata keçirməyin,
Almaniya və Fransanın dəstəyi ilə “Normandiya formatında”
irəliləyişə nail olmağın vacibliyini vurğulayıblar.