Şolts Ukraynanın tənqidlərinə cavab verdi

Şolts Ukraynanın tənqidlərinə cavab verdi

Berlin Kiyevi bütün lazımi hərbi yardımla təmin edir. Ukrayna tərəfinin bildirdiyi gecikmə onların hərbçilərinə Qərb texnikası ilə işləmək üçün keçirilən təlimlərin zərurəti ilə bağlıdır.

AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Bəziləri məsələnin mürəkkəbliyini lazımınca qiymətləndirmir. Əgər biz özüyeriyən haubitsalar və ya zenit-raket kompleksləri kimi ən son silahları tədarük ediriksə, əsgərlər öyrədilməlidir, əks halda texnikadan səmərəli istifadə olunmayacaq. Kim ki ağır silahların bir avtomobil sürmək kimi münasib olduğunu düşünürsə, səhv edir”, – o bildirib.

Teqlər: