Bu gün Almaniya kansleri Olaf Şolts ölkə ərazisindəki Putlos poliqonunda “Gepard” özüyeriyən zenit-artilleriya qurğuları ilə təlim keçən ukraynalı hərbçilərə baş çəkib.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
“Almaniya ukraynalı əsgərlərə lazımi optimal dəstəyi göstərməyə davam edəcək. Biz Ukraynaya müasir və effektiv silahlar veririk. Çünki Ukraynanın bütövlüyünü, müstəqilliyini və suverenliyini müdafiə etmək hüququ var”, – kansler deyib.