Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalar
tətbiq edəcəklər.
AzerTimes-ın məlumatına görə, bunu Almaniyanın kansleri Olaf Şolts
bu gün Berlində deyib.
“Yaxın günlərdə biz yeni tədbirlər görəcəyik”, – deyə kansler
bildirib.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurasının prezidenti
Şarl Mişel “Twitter” hesabında Aİ-nin Rusiyaya qarşı yeni
sanksiyalar hazırladığını bildirib.