Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi Kiyev
və Moskva arasında razılıq əldə edilmədən mümkün deyil.
Trend xəbər verir ki, bunu “CDF” telekanalının efirində
Almaniyanın kansleri Olaf Şolts deyib.
“Rusiya və Ukrayna arasında razılıq əldə edilmədən biz
sanksiyaları ləğv etməyəcəyik”, – deyə kansler bildirib. Onun
sözlərinə görə, bu “zorla qəbul etdirilmiş sülh” olmamalıdır.
Kansler qeyd edib ki, Almaniya Ukraynaya dəstəyini, o cümlədən
müdafiə sahəsində davam etdirəcək, lakin fikirləşmədən hərəkət
etməyəcək. Onun sözlərinə görə, Qərb ölkələri, o cümlədən Almaniya
Ukraynanı dəstəkləyir. “Biz onları dəstəkləməyə davam edəcəyik.
Lakin kimsə yüksək səslə tələb etdiyi üçün ehtiyatsız davranmağın
mənası yoxdur”, – deyə O.Şolts bildirib.
“Verdiyimiz hər bir qərarın gətirib çıxaracağı nəticələr barədə
də düşünürük”, – deyə kansler əlavə edib.