Vladimir Putinlə telefon danışıqlarının bir məqsədi var – Rusiya prezidentinə bu müharibədə uğur qazanmayacağını xatırlatmaq.
AzerTimes xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
O bildirib ki, telefon danışıqları Putinin Ukraynaya hücum strategiyasının, xüsusən də Ukrayna ərazilərinin ilhaqının nəticə verməyəcəyini başa düşməsini təmin etmək üçün vacibdir.
“Rusiya Ukrayna ilə müharibədə qalib gəlməməlidir, ona görə də Putinə demək lazımdır ki, nə Ukrayna məcburi sülhü qəbul edəcək, nə də onun müttəfiqləri”, – Şolts vurğulayıb.