Şolts müharibədən əvvəl Putinə söz verib ki…

Şolts müharibədən əvvəl Putinə söz verib ki…

Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putini Ukraynanın yaxın 30 ildə NATO üzvü olmayacağına inandırıb.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın “Velt” nəşri məlumat yayıb.

Məlumat görə, Şolts qeyd edib ki, NATO heç vaxt Rusiya üçün təhlükə yaratmayıb və Ukrayna yaxın 30 ildə NATO-ya üzv olmayacaq.

Putin isə bildirib ki, Belarus və Ukrayna ayrı-ayrı müstəqil dövlət olmamalıdır.

“Bu, Putinin açıq şəkildə qonşu ölkəni fəth etmək niyyətini göstərir. Onun həqiqətən də Avropanı flomasterlə çəkib, sonra “bu mənimdir, bu da sənindir” demək fikri var idi”, – məqalədə qeyd edilib.

Teqlər: