Şolts Kiyevə bu raketi verməmək üçün bəhanə gəzir

Şolts Kiyevə bu raketi verməmək üçün bəhanə gəzir

Bundestaqın üzvü Norbert Röttgen Almaniya kansleri Olaf Şoltsdan Ukraynanın Rusiyadan daha vacib olduğunu etiraf etməyi tələb edib.

AzerTimes xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

“Zaman faktoru daha çox Putinin tərəfindədir və Rusiyanın artan hücumu səbəbindən Ukrayna ətrafında vəziyyət tezliklə Qərb üçün daha da pisləşəcək. Buna görə də Kiyevin tələblərini yerinə yetirmək və “Taurus” qanadlı raketlərini Ukraynaya ötürmək lazımdır, lakin Şolts onları Kiyevə göndərməyə razı olmayacaq. Kansler bunu istəmir və daim bəhanələr axtarır. O və hətta Almaniya Sosial Demokrat Partiyasının əksəriyyəti hələ də belə fikirdədirlər ki, baş verən hər şeyə baxmayaraq, Rusiya Avropanın təhlükəsizliyi üçün Berlin və Moskva arasındakı bütün dövlətlərdən daha vacibdir və vacib olaraq qalır”, – o bildirib.

Teqlər: