Şolts Kiyevə Aİ ilə bağlı gizli mesaj göndərib – KİV

Şolts Kiyevə Aİ ilə bağlı gizli mesaj göndərib – KİV

Almaniya kansleri Olaf Şolts Kiyevə səfəri zamanı Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı gizli mesaj göndərib.

AzerTimes xəbər verir ki, bu barədə “Welt” nəşri məlumat yayıb.

“Makron və Draqi Kiyev üçün indi başlayan yoldan danışarkən, Şolz ilkin şərtlərlə dolu yoldan danışıb. Kansler hesab edir ki, Ukrayna Aİ-yə qəbul olunmaq üçün dəyişməlidir: korrupsiya ilə mübarizə aparmalı, qanunun aliliyini qurmalı və iqtisadiyyatı liberallaşdırmalıdır. Onun fikrincə, Aİ-nin özü də dəyişməlidir, daha dəqiq desək, vacib qərarların qəbulu üçün hazırkı yekdillik əvəzinə, çoxluq prinsipini tətbiq etməlidir”, – məlumatda qeyd olunub.

Teqlər: