Şolts istefa verə bilər: Onu Pistorius əvəz edəcək?

Şolts istefa verə bilər: Onu Pistorius əvəz edəcək?

Cari ilin əvvəlində Almaniya kansleri Olaf Şolts postunu vaxtından əvvəl tərk edə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

İddiaya görə, Şoltsu bu yaxınlarda ən populyar alman siyasətçilərinin reytinqinə başçılıq edən müdafiə naziri Boris Pistorius əvəzləyə bilər.

“Kanslerin vaxtından əvvəl istefasına səbəb “Wirecard” və onun rəhbəri Yan Marsalek (hazırda Moskvada gizlənir – red.) ilə bağlı 2020-ci il qalmaqalı da ola bilər. O zaman İqtisadiyyat Nazirliyinə Şolts rəhbərlik edib və II Dünya müharibəsindən bəri Almaniya tarixindəki ən böyük saxtakarlığı “görməyib”, – nəşr vurğulayıb.

Bildirilib ki, dekabrın 31-də dərc edilən sorğunun nəticəsinə əsasən, Olaf Şolts partiyasına dəstək 15%-ə düşüb.

Teqlər: