Almaniya kansleri Olaf Şolts Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün İstanbula gəlib.
AzerTimes xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Tərəflərin görüşündə Türkiyə-Almaniya münasibətlərinə dair mühüm məsələlərin yenidən müzakirə ediləcəyi gözlənilir.
Bundan başqa, miqrasiya məsələsi, “Eurofighter” döyüş təyyarələri və Rusiya-Ukrayna müharibəsi ilə bağlı fikir mübadiləsinin də aparılacağı planlaşdırılır.