Hakim koalisiyanın populyarlıq reytinqlərinin azalmasına görə qismən məsuliyyət daşıyıram.
AzerTimes alman mediasına istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
“Kansler kimi hökumətə cavabdehəm. Ona görə də mənim bununla heç bir əlaqəm olmadığını söyləmək absurd olardı”, – deyə o, ilk dəfə etiraf edib.
Bu sözlərin özünütənqid olub-olmadığını soruşduqda, Şolts müsbət cavab verib.
Buna baxmayaraq, Şolts vaxtından əvvəl istefa vermək və ya hökumətə etimad məsələsini qaldırmaq niyyətində olmadığını vurğulayıb.