Almaniya kansleri Olaf Şolts həm İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik etdi, həm də Azərbaycan dövlət başçısını fevralın 16-18-də Münhendə ənənəvi keçirilən Təhlükəsizlik Konfransına dəvət etdi. Bu vəziyyətdə Fransa Prezident Emmanuel Makron çıxılmaz vəziyyətdə qalıb.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Almaniya kansleri Olaf Şoltsun Prezident İlham Əliyevə təbriki haqda qeyd edib.
O bildirib ki, Makron bir tərəfdən ermənipərəst mövqeyindən əl çəkmir, digər tərəfdən Olaf Şoltsdan sonra İlham Əliyevi təbrik etməkdən başqa alternativi qalmayıb:
“Münhen Təhlükəsizlik Konfransına xeyli prezident və baş nazir qatılacaq. Əgər həmin konfransa Makron da qatılacaqsa, onun İlham Əliyev ilə üz-üzə gəlmək ehtimalı var. Ona görə Makronun təbrik məktubu göndərmək üçün bir günü qalıb”.