Almaniya kansleri Olaf Şolts Angela Merkelin siyasətini davam etdirəcək və rus hərbçilərinə qarşı mübarizə üçün Ukraynaya vəd olunan silahları göndərməyəcək.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
Onun fikrincə, Şolts alman silahlarının Ukraynaya daxil olmasının qarşısını almaq üçün hər cür səy göstərəcək:
“O bunu açıq şəkildə etiraf etməyə bilər, amma gizli şəkildə Merkelin siyasətini davam etdirir. Bu yaxınlarda “Bild” nəşri də bu mövzuda faktiki olaraq Merkel və Şoltsu birbaşa ittiham edib. Buna görə də, Şoltsun silahların Ukraynaya çatmaması üçün hər şeyi edəcəyinə inanıram. Bizim üçün bu, ölümcül deyil, ağrılı olacaq. Almaniyadan ala bilməyəcəyimiz silahları digər Qərb ölkələrindən almalıyıq. Ukrayna alman silahlarını Amerika silahları ilə əvəz edə bilər”.