Şolts çamadanını niyə özü daşıyır? – Lağa qoyuldu

Şolts çamadanını niyə özü daşıyır? – Lağa qoyuldu

Xəbər verdiyimiz kimi, bu gün Almaniya kansleri Olaf Şolts Kiyevə rəsmi səfərə gəlib.

AzerTimes xəbər verir ki, Şoltsun Kiyev vağzalında qatardan əlində çamadanla düşməsi sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.

Almaniya kimi bir dövlətin kanslerinin çamadanını niyə ən yaxın adamı, mühafizəçisi yox, özünün daşıması hər kəsin təəccübünə səbəb olub.

Hətta sosial şəbəkə istifadəçiləri Şoltsun əlində çamadan daşımasını lağa qoyublar. Bəziləri çamadanın içində Bavariya pivəsi, Ukraynaya vəd olunmuş pullar, danışıqlar üçün gizli sənədlərin olduğunu yazıblar.

“Harley Quinn” adlı Teleqram kanalı Şoltsun əlindəki çamadanın markasını və qiymətini təqdim edib. Bildirilib ki, kanslerin daşıdığı çamadan Almaniyanın “Rimowa” şirkətinin istehsalıdır və qiyməti 1190 avrodur.

Teqlər: