Konqresin Nümayəndələr Palatasının Ukraynaya çoxmilyardlı yardım göstərilməsi qərarı güclü siqnaldır.
AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts X səhifəsində yazıb.
“Hamımız Ukraynanın tərəfindəyik”, – Şolts bildirib.
Qeyd edək ki, Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollara yaxın məbləğdə yardım ayrılması layihəsini qəbul edib.