Avropanın NATO-dakı rolunun gücləndirilməsi və Kiyevə dəstək çərçivəsində AB-də sursat istehsalı artırılmalıdır.
AzerTimes xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Brüsseldə keçirilən Avropa Şurasının sammitindən sonra deyib.
“Biz Avropanın Şimali Atlantika Alyansındakı rolunu daha da gücləndirməyi intensiv şəkildə müzakirə etdik. Öz imkanlarımızı müdafiə sahəsində cəmləşdirməli, müdafiə sənayesinin istehsalını gücləndirməli və sürətləndirməliyik. Bu, xüsusilə döyüş sursatı istehsalına aiddir”, – o bildirib.