Hazırda Ukraynadakı hərbi əməliyyatlarda dörd rus generalı səfərbər olunub. Onların hamısı konkret olaraq müharibə, real döyüşlər görmüş insanlardır. Dünən onlara yeni tapşırıqlar verildı.
AzerTimes xəbər verir ki, bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.
“Qərb istiqaməti – general Seçevoy. Mariupolu tam olaraq nəzarətə götürən adam.
Şərq istiqaməti – general Muradov. Bu insanı demək olar ki, hamı tanıyır. Qarabağda Rusiya hərbi kontingentinə rəhbərlik edib. Ondan qabaq Suriya əməliyyatlarına başçılıq edib.
General Lapin – mərkəzi qrupun rəhbəri. Oğlu ilə bir yerdə döyüşürdü. Hazırda oğlu yaralanıb və hospitaldadır.
Və nəhayət Rusiya Silahlı Qüvvələrinin ordu generalı Surovikin – “Qəddar” ləqəblı general.
Artıq bu 4 generala yeni tapşırıqlar verilib”, – deyə o qeyd edib.