“Rossiya 1” telekanalının efirində yayımlanan “Solovyovla axşam” tok-şousu zamanı ekspertlər Rusiya ilə Türkiyənin tərəfdaşlığı barədə fikir mübadiləsi aparıb.
AzerTimes xəbər verir ki, qonaqlardan biri – Rusiya Strateji Kommunikasiya Mərkəzinin direktoru Dmitri Abzalov Ankaranın Moskva üçün çox vacib tərəfdaş olduğunu bildirib.
“Ərdoğan bir çox məqamlarda NATO və ABŞ-ın planlarına qarşı çıxaraq ədalət tərəfində olur”, – deyə o qeyd edib.
Bu zaman verlişin aparıcısı Vladimir Solovyov onun sözünü kəsərək deyib:
“Amma bizdə belə bir əminlik yoxdur ki, Ərdoğan 1 ildən sonra sağ-salamat olacaq. Ona qarşı artıq bir dəfə sui-qəsd təşkil olunub (15 İyul hadisələri nəzərdə tutulur – red.). Belə bir şey yenidən ola bilər. Bu, Amerikanın məkrli planıdır. Onu aradan götürmək üçün avtomobili partladıla və yaxud hər hansı bir qiyam maliyyələşdirilə bilər”.