Solovyovdan Qərbə oğurluq ittihamı

Solovyovdan Qərbə oğurluq ittihamı

Qərb Ukraynaya silah idxal etmək yollarını tapır, amma eyni istiqamətdə taxıl çıxarmır? Qəribədir…

AzerTimes xəbər verir ki, bunu rusiyalı aparıcı Vladimir Solovyov “Rossiya 1” kanalının efirində deyib.

“Rusiya prezidenti Belarus vasitəsilə ixracın alternativ yolunu təklif etdi. Bu, ümumiyyətlə, bizim problemimiz deyil. İstədiyiniz kimi aparın. Amma biz əslində Qərb kimi oynamağa yox, kömək etməyə çalışan tərəfik. Qərb Ukrayna taxılını Avropadakı ərzaq problemlərini həll etmək üçün deyil, qazanc üçün satmaq niyyətindədir. Onlar taxılı Ukraynadan oğurlayırlar”, – Solovyov iddia edib.

Teqlər: