Ermənistanda “Sputnik Ermənistan” radiosunun yayımının dayandırılması söz azadlığının pozulmasıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov deyib.
Onun sözlərinə görə, Ermənistanda bir çox insan rus dilini bilir və onlar üçün Rusiya kanallarının yayımı informasiya axınının bir hissəsidir.
Solovyov xatırladıb ki, erməni və rus cəmiyyətləri arasında dostluq, əməkdaşlıq və qarşılıqlı fəaliyyət nümunələri var:
“Bizim mədəni əlaqələrimiz çox bağlıdır, bəzilərinin qohumluq əlaqələri var. Ona görə də təbii ki, efiri və əlaqələri bu şəkildə kəsməyə dəyməz”.
Qeyd edək ki, Ermənistanda “Sputnik Ermənistan” radiosunun yayımı bir ay müddətinə dayandırılıb.