Azərbaycan əleyhinə təxribatçı çıxışları ilə tanınan Vladimir Solovyov “Stepanakert” əvəzinə Xankəndi yazmağa cəsarət edən Teleqram kanalının redaktorunu cəzalandıracağını vəd edib.
AzerTimes Ölkə.Az-a istinadən xəbər verir ki, o, bunu erməni bloger Mika Badalyanla söhbəti zamanı deyib.
Belə ki, Solovyovun verilişində həmkarlar arasında dialoq zamanı erməni bloger çəkingən şəkildə sözügedən faktla bağlı ona narazılığını ifadə edib. Solovyov isə redaktorları kimi ağıllı davranmağı seçməyib və erməni toponimlərindən istifadə etdiyini fəxrlə bildirib.
Qeyd edək ki, bir çox Teleqram kanallarında Solovyovun kanalında “Xankəndi” adının işlənməsini təəccüblə qarşılanmışdı.