Rusiyanın qalmaqallı teleaparıcısı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktorunun müsahibəsindən sensasiyalı hissəni təqdim edib.
AzerTimes xəbər verir ki, MKİ-nin keçmiş direktoru Ceyms Vulsi “Fox”a müsahibəsində Vaşinqtonun başqa ölkələrin ərazisində seçkilərə müdaxilə etdiyini, dövlət çevrilişləri hazırladıqlarını açıq şəkildə etiraf edib.
Vulsi bəyan edib ki, Birləşmiş Ştatlar 1947-ci ildən başlayaraq digər dövlətlərin daxili işlərinə müdaxilə edir. O, Yunanıstan və İtaliyanı tarixi nümunələr kimi təqdim edib.
Aparıcının “Biz bunu əvvələr edirdik, düz deyilmi? İndi axı biz bunu etmirik” sualına isə MKİ-nin keçmiş direktoru gülərək “Edirik” anlamına gələn cavab verir.