Rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya-1” kanalında gözlənilməz açıqlama verib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Solovyev konkret qərarlar verməyə, hətta Ali Baş Komandanın (Putinin – red.) istefasına çağırıb:
“Günahı olanları həbs etmək kifayət deyil. Bunu necə edəcəyini effektiv, tez və aydın şəkildə başa düşənləri vəzifəyə təyin etməliyik. Bunun üçün bu adamların hansı nazirlikdə və necə adlanacağının əhəmiyyəti yoxdur. Pişiyin hansı rəngdə olmasının mənim üçün heç bir əhəmiyyəti yoxdur, əsas odur ki, siçanları tutsun. Buna görə də konkret həll yollarına keçək. Əgər bu, Ali Başçının istefasını tələb edirsə… yaxşı…”.
Qeyd edək ki, Solovyovun çıxışı zamanı fonda studiyadakı qonaqların “Oh-oh-oh!” nidaları eşidilir.