Rusiyalı ermənipərəst jurnalist Vladimir Solovyov daha bir ölkənin ünvanına təhdid səsləndirib.
AzerTimes xəbər verir ki, Solovyov bu dəfə Ukraynaya hərbi yardımdan dolayı İtaliyanı hədələyib.
O, Rusiyanın İtaliyaya olan sevgisinə baxmayaraq, bunu ona “bağışlamayacağını” bildirib:
“İtalya silahlarının rusları, o cümlədən mülki insanları necə öldürdüyünü görürük. Əgər italyanlar bizim tez unudan olduğumuzu düşünürlərsə, dərindən yanılırlar. Rus ayısı xəbərdarlıq etmədən hücum edir və onu dayandırmaq çətindir”, – Solovyov bildirib.